"Etihad Airways"dən bilet alanlara lüks otellər PULSUZ

 

İndi tətilə getdiyiniz zaman bir anda iki ölkəni gəzə bilərsiniz.

Turizmplus.az xəbər verir ki, "Etihad Airways" səyahətçilər üçün yeni kampaniyaya start verib. Ekonom sinifə aviabiletlər alanlara Abu-Dabidə otel pulsuz olacaq.  Bu kampaniya yalnız Abu-Dabidə iki gün qalıb, sonra davam edən transit sərnişinlər üçün nəzərdə tutulub. Məsələn, Minsk-Əbu-Dabi-Bangkok.

Onu da qeyd edək ki, kampaniya əsnasında brend otellərdə - Ritz və ya Jumeirahda pulsuz qalmaq olar.

Biletləri əldə etmək üçün isə:

- Biletlərin alınması xidmətindən "çətin marşrut" funksiyasını seçin.

- Ən azı iki gecə Əbu-Dabidə dayanma ilə mürəkkəb marşrut qurun.

- Etihad saytında bir otel seçmək və tarixləri tamamilə pulsuz sifariş etmək üçün linki klikləyin.

- Transit viza almaq üçün linkə daxil olub 15$ ödəyin.

Qeyd edək ki, aksiya dekabrın 31-ə qədər uçuşlara, 1-ə qədər bronlaşdırılmış aviabiletlərə aiddir.

 

 

Paylaş

Əvvəlkİ

“Tarixin şah əsərləri” adlı sərgi açılıb - FOTOLAR

Sonrakı

“Yanar dağ” Qoruğunda görülən yeni işlər, dəyişikliklər, qiymətlər - ARAŞDIRMA

Подписывайся

Подписывайся на нашу рассылку