"Etihad Airways" yenə ən punktualdır, “UIA” birinciliyi bölüşür... - STATİSTİKA

 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Turizmplus.az Hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstərbilər.

“Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetiriblər. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərib.

Ümumilikdə isə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirib 37 sərnişin aviaşirkətinə xidmət göstərib.

 

 

Paylaş

Əvvəlkİ

"Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır" - PREZİDENT İLHAM ƏLİYEV

Sonrakı

Qoruq və muzeylərə ödənişsiz giriş üçün bələdçilərin qeydiyyatının II ç