“Etihad Airways” stopover kampaniyasın müddətini yenidən artırdı

 

“Etihad Airways” aviaşirkəti stopover kampaniyasının müddətini yenidən uzadıb.

Turizmplus.az xəbər verir ki, bu haqda aviaşirkətin rəsmiləri məlumat veriblər. Kampaniya 2020-ci ilin mart ayının 20-ə qədər uzadılıb. 

Nəzərinizə çatdıraq ki, stopover çərçivəsində ekonom sinifə aviabiletlər alan sərnişinlər Abu-Dabi otellərində pulsuz qalmaq şansı əldə edir.  Bu kampaniya yalnız Abu-Dabidə iki gün qalıb, sonra davam edən transit sərnişinlər üçün nəzərdə tutulub. Məsələn, Minsk-Əbu-Dabi-Bangkok.

Onu da qeyd edək ki, kampaniya əsnasında brend otellərdə - Ritz və ya Jumeirahda pulsuz qalmaq olar.

 

Paylaş

Əvvəlkİ

2020-ci ildə baş tutacaq turizm sərgiləri - SİYAHI

Sonrakı

"İTB Asia" turizm sərgisinə QEYDİYYAT

Abunə olun

Xəbərlərimizə abunə olun