"Etihad Airways" İsgəndəriyyə şəhərinə uçuşlara başlayır - TARİXLƏR

 

"Etihad Airways" yeni istiqamətə uçuşlara başlayır.

Turizmplus.az xəbər verir ki, mövsümü uçuşlar Abu-Dabidən Misirin İsgəndəriyyə şəhərinə baş tutacaq. Dünyanın ən qədim məskənlərdən biri olan şəhərdə səyahətçilər Böyük İsgəndəriyyə Kitabxanası və dünyanın yeddi möcüzəsindən biri olan Faros Mayakı ilə tanış ola bilərlər.

2 İyul - 31 Avqust tarixlərində həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri Airbus A320 tipli təyyarə Abu-Dabidən 16:15-də uçub, İsgəndəriyyə şəhərinə 16:00-da eniş edəcək. Geri dönüş uçuşları isə 16:50 - 10:40 saatlarında baş tutacaq.

Beləliklə, "Etihad Airways" Misirə həftə ərzində 32 reys (Qahirə 28 reys, İsgəndəriyyə 4 reys) həyata keçirəcək.

Qeyd edək ki, aviaşirkət 1 iyul - 31 avqust tarixlərində Bakıya uçuşlarının sayını artıraraq həftədə 5 dəfəyə çatdırıb.

Paylaş

Əvvəlkİ

Azərbaycan Respublikasının Prezidenti xalqı təbrik edib

Sonrakı

Çinli turizm şirkətlərinin Azərbaycan turoperatorları ilə görüşü təşkil olunub

Подписывайся

Подписывайся на нашу рассылку