"Etihad Airways" Həcc mövsümündə uçuşların sayını artıracaq

 

Birləşmiş Ərəb Əmirliklərinin milli aviaşirkəti olan "Etihad Airways", Həcc mövsümündə minlərlə zəvvarın hərəkətini asanlaşdırmaq üçün Abu Dabi və Səudiyyə Ərəbistanı arasında əlavə uçuşlar həyata keçirəcək.

Turizmplus.az xəbər verir ki, aviaşirkət, zəvvarların Mədinəyə daşınması üçün 28 iyul - 25 avqust tarixlərində əlavə 15 uçuş həyata keçirəcək. Bundan əlavə Etihad, İslam İşləri Baş İdarəsi, Şeyx Zayed Vəqfi və Abu Dabi polisi üçün hazırlanmış altı çarter reysi baş tutacaq. Gediş reysləri Abu Dabidən Ciddə və Mədinəyə avqustun 1-dən 5-dək, geri dönüş uçuşları isə 16-17 avqust tarixlərində planlaşdırılır.

"Etihad 2007-ci ildən Həcc uçuşları həyata keçirir. Ümumilikdə Həcc ziyarəti üçün təxminən 300.000 zəvvarı Məkkə şəhərinə daşımışıq. Biz sərnişinlərimizə birbaşa həyata keçirilən bu dini səyahəti rahatlıq və dincliklə başa çatdırmaqda kömək etməyi hədəfləyirik. Bu il ən çox Avstraliya, Pakistan, Mərakeş, Birləşmiş Krallıq, Hindistan və İndoneziyada təxminən 25.000 Həcc ziyarətçisini gözləyirik" - deyə Etihad Hava Yollarında satış şöbəsinin rəhbəri Houssam Veiss bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından geri uçuşlarda Etihad Hava Yolları Həcc ziyarətinə gedənlərə beş litrlik Zəmzəm suyu konteynerlərinin daşınması üçün pulsuz imkan yaradacaq.

Paylaş

Əvvəlkİ

В дубайских такси будет доступен бесплатный Wi-Fi

Sonrakı

Bu yerli turizm şirkətindən ehtiyatlı olun, aldadıla bilərsiniz - MƏLUMAT

Abunə olun

Xəbərlərimizə abunə olun