“Etihad Airways” dövriyyəyə yeni “ekonom-klass” buraxır

 

Bakıdan dünyanın 90 istiqamətinə Əbu-Dabi vasitəsilə tranzit uçuşları yerinə yetirən BƏƏ-nin milli aviadaşıyıcı “Etihad Airways” ensiz füzelyajlı 23 “Airbus 320” və “Airbus 321” təyyarələrinin salonunu yeniləyərək “ekonom-klass” transformasiya proqramına başlayıb. Smartfon və planşetlərdə əlçatan olan yeni fərdi simsiz əyləncə sisteminin daxil edildiyi salonların yenidən təchizatı proqramını cari ilin avqustunda başa çatdırmaq planlaşdırılır. Aviaşirkət, həmçinin bütün reyslərdə göyərtədə qidalanma xidmətinin daha geniş təkmilləşdirilməsi proqramının bir hissəsi olaraq “ekonom-klass”ın göyərtəsində yeni təkmilləşdirilmiş pulsuz yemək konsepsiyasını tətbiq edir.

“Ərəb səyahət bazarı” (“Arabian Travel Market”) beynəlxalq turizm sərgisində “Etihad” özünün yeniliklərini, həmçinin “Xoşladığınız kimi səyahət edin” (“Go Your Own Way”) adlı yeni reklam kampaniyasını təqdim edib. Aviaşirkətin “Düzgün seçim edin” (“Choose Well”) ümumi brend platformasının bir hissəsi olan bu kampaniya “Etihad”ın məramlarını işıqlandıracaq, hər kəsin fərdi üstünlük verdiyi dəyərləri nəzərə almaqla qonaqlara sərbəst seçim üçün daha çox imkanlar təqdim edəcək.

“Etihad Aviation Group”un baş direktoru Toni Duqlas deyib: “Etihad” gələcəyi qabaqcadan görənlərə həmişə meydan oxuyan, bazarın daimi dəyişiklikləri ilə ayaqlaşan brend olub. Biz “ekonom-klass”la səyahətə bizim həm “birinci”, həm “biznes-klass”da layiq görüldüyümüz mükafatlara xas olan liderlik və innovasiya stili gətiririk. “Etihad” kompleks xidmətlər göstərən lider aviaşirkət olaraq, bütün səyahətçilərin fərdi tələbatlarının təminatı altında onlara rahat uçuş üçün məhz lazım olanı təqdim etməklə uyğunlaşır. Bu, təkcə daha çox seçim və fərdiləşdirmə imkanı deyil, həmçinin bizim qərəzsiz, kommersiya cəhətdən ağlabatan və etibarlı xidmət təqdim etməyimizi sığortalayır”.

“Etihad” ensiz füzelyajlı “Airbus 320” və “Airbus 321” təyyarələrinin “ekonom-klass” salonlarını ardıcıl surətdə yeniləyir. Salonların yenilənməsi “Etihad”ın 38 istiqamətə Əbu-Dabidən 5 saat