“Etihad Airways” aviaşirkəti unikal aksiyanın müddətini uzadır

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviadaşıyıcısı olan “Etihad Airways” aviaşirkəti “Əbu-Dabidə pulsuz dayanacaq” adlı kampaniyasının fəaliyyət göstərdiyi ilk ay ərzində bu təklifin populyarlıq qazanması səbəbindən onun müddətinin ilin sonunadək uzadılmasını elan edib. “Etihad Airways”ın BƏƏ-nin paytaxtı Əbu-Dabidən keçən marşrutu ilə hərəkət edən qonaqlarına şəhərin otellərindən birində iki gecə pulsuz qalmaq və çoxsaylı görməli yerləri ziyarət etmək təklif olunur.

“Etihad Airways” şirkətin müxtəlif istiqamətlərə Əbu-Dabi tranziti ilə uçan marşrut şəbəkələrinə biletlərə sahib olan bütün qonaqlara şəhərin otellərində iki pulsuz gecə qalmağı təklif edir. Qonaqlara şəhər hüdudlarında yerləşən bir sıra otellərdə, o cümlədən beşulduzlu “Jumeirah at Etihad Towers”, “Intercontinental Abu Dhabi” və “Dusit Thani Abu Dhabi”, həmçinin “Pearl Rotana”, “Courtyard by Marriott WTC”, “Crowne Plaza” və “Radisson Blu” otellərindən birində qalmaq təklif olunur.

Əbu-Dabidə pulsuz dayanacaq dekabrın 1-dək “etihad.com” saytında onlayn və ya turizm agenti vasitəsilə bronlamalarda mümkündür. Səyahət 2019-cu ilin dekabrın 31-dək həyata keçirilə bilər.

“Etihad Aviation Group” şirkətinin kommersiya direktoru Robin Kamark deyib: “Biz çox şadıq ki, “Əbu-Dabidə dayanacaq” təklifimiz qonaqlar arasında belə populyar olub və fəaliyyətinin birinci ayında gözləntilərimizi üstələyib. Qeyri-adi aksiya b