"Ət House" restoranına info-tur təşkil olunub - FOTOLAR

 

Yerli turizm şirkətlərinin nümayəndələri üçün "Baku Travel Tourism" şirkətinin təşkilatçılığı ilə "Ət House" restoranına info-tur təşkil olunub.

Turizmplus.az xəbər verir ki, 35-ə yaxın şirkətin iştirakı ilə baş tutan info-turda ziyarətçilər restoranda yaradılmış yeni və müasir şərait ilə tanış olublar. Tanışlıq turu zamanı qonaqlara Azərbaycan və Avropa mətbəxinə aid təamlar təqdim olunub və onlar gecənin davamında musiqili proqram izləmək şansı da əldə ediblər.

Qeyd edək ki, restoran tərəfindən menecerlərə xüsusi hazırlanmış menyu qiymətləri də təqdim olunub.

İnfo-tur haqqında geniş reportajı Turizmplus.az Facebook səhifəsində saat 21:00-da yayımlanacaq "Xəbər vaxtı" proqramında izləyə bilərsiniz.