“Eşq və Ölüm” baleti - AFİŞA


Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti təqdim ediləcək.

Balet “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış səhnə əsəridir. Balet həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur, ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və digərləri çıxış edəcək.

Paylaş

Əvvəlkİ

Трамп запретил полёты Boeing 737 MAX в США

Sonrakı

AZAL yeni müsabiqə elan edir

Подписывайся

Подписывайся на нашу рассылку