Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığında təhsil imkanı

 

Azərbaycan Turizm və Menecment Universiteti tələbələr üçün növbəti təhsil imkanı yaradıb.

Biznes idarəçiliyi fakultəsinin bakalavr pilləsi üzrə təhsil alan II – ci və III – cü kurs və magistratura pilləsi üzrə I- ci kurs tələbələri 2019/ 2020-ci tədris ilinin II– ci semestrində İspaniya Krallığının Valladolid Universitetində təhsil almaq üçün təqaüd proqramına müraciət edə bilərlər.

Tələb olunan sənədlər :

- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı)

- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər)

- İngilis dili sertifikatı (əgər varsa)

- Tövsiyyə məktubu (inglis dilində yazılmalıdır)

Maliyyə imkanları:

- Aylıq 800 avro təqaüd

- Heç bir təhsil haqqı ödənilməsi gərəkmir

Diqqət: İspaniya üçün təhsil vizası İspaniya Krallığının Türkiyə Respublikasında yerləşən səfirliyindən alınacaqdır (Ankara şəhəri).

12 sentyabr 2019 – cu il – SON MÜRACİƏT GÜNÜ (Beynəlxalq əlaqələr şöbəsi)

Proqramda iştirak üçün aşağıda göstərilən email və əlaqə telefonu vasitəsi ilə müraciət edərək suallarınızı ünvanlaya bilərsiniz.

Email : o.musa@atmu.edu.az

Əlaqə telefonu: 050 501 17 47 (Orxan Musa)

Paylaş

Əvvəlkİ

Dünyanın ən populyar 10 turizm şəhəri - SİYAHI

Sonrakı

Dağların başına - qədim Xınalığa müasir nəfəs - ÖZƏL REPORTAJ

Подписывайся

Подписывайся на нашу рассылку