Ən yaşlı turoperator iflasa uğradı - MƏLUMAT

 

Ən qədim tarixə malik turoperatorlardan biri, Tomas Kuk iflasa uğradığını və bundan çıxış yolu tapa bilmədiklərini açıqlayıb.

Turizmplus.az AP-ə istinadən xəbər verir ki, 600 mindən çox insanın səyahət bileti bugün səhər radələrində ləğv edilib. Bununla yanaşı şirkət ticari əlaqələrini də sonlandırır. Tomas Kukun daxilində olan 4 aviaşirkət fəaliyyət göstərməyəcək və İngiltərdə 9 min olmaqla, ümumi 16 ölkədə 21 min işçi işdən çıxarılacaq. İflasın əsas səbəbi yaranan borclarla bağlıdır. 178 yaşlı şirkət bir neçə dəfə yenidən canlanmağa çalışsa da artan rəqabət və düşənc qazanc nəticəsində 1.7 milyard funt sterlinq borcu yaranıb. 

Qeyd edək ki, 1841-ci ildə qurulan Tomas Kuk Qrupu, dünyanın ən böyük turizm şirkətlərindən biri idi və ildə 22 milyon müştəriyə xidmət edirdi. 

Paylaş

Əvvəlkİ

Azərbaycan Turizm Bürosu ilə “Ctrip” və “Qyer” onlayn platformaları arasında memorandum imzalanıb

Sonrakı

Gürcüstan info-turunda iştirak etmək istəyən agentliklərin diqqətinə - YENİ YERLƏR

Abunə olun

Xəbərlərimizə abunə olun