Ən maraqlı istiqamətlər - Siyahi

 

Turizm saytı “Tripadvisor” turistlər üçün ən maraqlı istiqamətlərin siyahısını açıqlayıb.

Birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.

Dünyanın ən romantik şəhəri kimi qəbul edilən Paris siyahıda ikinci, tarixi gözəllikləri ilə insanı valeh edən İtaliyanın paytaxtı Roma isə üçüncüdür.

Növbəti yerlərdə Yunanıstanın ən böyük adası olan Krit, tropik təbiətin hakim olduğu Bali, hər il təxminən 5 milyon turist qəbul edən, bəyaz qumlu çimərlikləri, ecazkar təbiəti ilə məşhur Puket adası, zəngin sənət tarixi ilə ziyarətçilərin diqqətini çəkən Barselona üç böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən, başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu olan və iki qitədə yerləşən İstanbul, Şimali Afrikanın ekzotik şəhərlərindən olan Mərakeş və Ərəb yarımadasının ən inkişaf etmiş ölkələrindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri qərarlaşıb.

Paylaş

Əvvəlkİ

İçərişəhərdə Şərab və Qastronomik turlar təşkil olunacaq - VİDEOAÇIQLAMA

Sonrakı

В Анталии на знаменитом пляже открылся обновлённый парк

Подписывайся

Подписывайся на нашу рассылку