Əlavə Bakı-Gəncə sürətli sərnişin qatarı fəaliyyət göstərəcək


Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə Bakıdan martın 20-də əlavə olaraq bir reys - 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Məlumata əsasən, Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib.

Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

Paylaş

Əvvəlkİ

Satış Müdiri axtarılır - VAKANSİYA

Sonrakı

Riqa-Bakı aviareysi açılır

Abunə olun

Xəbərlərimizə abunə olun