Dünyanın ən tanınmış e-səyahət şirkətləri Bakıya gəlir - SON 3 GÜN

 

Azərbaycanda "Elektron ticarət və səyahət" adlı konfrans baş tutacaq.

Turizmplus.az xəbər verir ki, sentyabrın 19-da, "Sheraton Hotel Baku" otelində keçiriləcək tədbirdə dünyanın bir çox tanınmış e-səyahət platformaları ilə yanaşı yerli şirkətlər də iştirak edəcək. Konfrans turizmdə informasiya texnologiyaları, nəqliyyat və səyahət xidmətlərinin elektron ticarəti və onlayn satışına həsr olunub..

Konfrans proqramında müzakirə olunacaq məsələlər:

Azərbaycanda hava nəqliyyatı: sərnişinlər üçün yeni imkanlar,
Səyahət xidmətlərinin bron edilməsi və satılması üçün beynəlxalq bazarlar: rəqəmlər, faktlar, meyllər
Turizmdə texnologiya və xidmətlər: sifariş, satış, marketinq
Səyahət sənayesində onlayn satış bazarı
Səyahət agentliklərinin xarici təcrübəsi 

Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası konfransın rəsmi tərəfdaşıdır.

Konfransda iştirak edə bilər:

- Səyahət agentliklərinin və onlayn platformaların menecerləri və mütəxəssisləri,
- Nəqliyyat və səyahət xidmətləri marketinqi üzrə mütəxəssislər;
- Onlayn rezervasiya və elektron satış üzrə mütəxəssislər,
- Hədəf auditoriyası ilə ünsiyyət sahəsində mütəxəssislər.

Azərbaycanın turizm agentliklərinin rəhbərləri və nümayəndələri üçün iştirak pulsuzdur.

Konfransda iştirak etmək üçün əvvəlcə qeydiyyatdan keçmək vacibdir. Aşağıda göstərilənləri info@smasol.ru