Dünyanın 10 mükəmməl memarlıq abidəsi - FOTOLAR


ArchDaily oxuculara maraqlı olan 10 mükəmməl tikili haqqında məlumat paylaşıb. 

Turizmplus.az bu araşdırmanın Azərbaycan dilində olan tərcüməsini oxucularına təqdim edir.

1.    IBM Building - 212 m hündürlüyü olan 52 mərtəbəli bu bina 1973-cü ildə Çikaqonun mərkəzində tikilib. 1996-cı ildə IBM şirkəti binadakı ofislərini satır və 2006-cı ildə tamamilə binanı tərk edir. Hazırda isə bina AMA Plaza adını daşıyır. 

2.    Heydər Əliyev Mərkəzi - 2012-ci ildə tikilmiş bu mərkəz 2014-cü ildə dünyanın ən yaxşı binası adına layiq görülüb. Binanın interyerı sonsuzluq və islam mədəniyyəti ilə bağlıdır: bir detal digərinə axıcı keçid alır. 

3.    Sietlda Mərkəzi Kitabxana - 11 mərtəbəli kitabxana 2004-ci ildə istifadəyə verilib. Artıq 2007-ci ildə tikinti ABŞ-ın ən yaxşı 150 binası siyahisinda yerini almışdı. Kitabxanada bir milyondan çox kitab yerləşir. Açıldığı ildə isə 2,3 milyon insan buranı ziyarət edib. 

4.    Harbin Operası - Bina müasir Çin memarlığının əksidir. Tikintinin ağ rəngdə olması da təsədüfi deyil. Qış aylarında buraya qar yağanda bina ətraf mühitnən sanki bir birini tamamlayır. 

5.    Valsın termal hamamları. Bu spa-kompleks Vals şəhərində 1996-cı ildə tikilib. 

6.    Malaparte Villası - 1938-ci ildə tilikmiş bu villa ilk sahibinin arzusunu reallaşdırıb. Kənardan klassik görünən tikinti içəridən tam olaraq müasirdir. Villa 2 mərtəbə və bir zirzəmidən ibarətdir. Damda yerləşən terrasa isə içəridən giriş yoxdur. Yalnız çöl tərəfdən terrasa qalxmaq mümkündür. 

7.    Savoy Villası. Burada 5 əsas ideya reallaşıb: 1) Beton sütunlar  2) Bağ, terras və ya idman meydançası kimi istifadə edilə bilən düz dam 3) "Azad plan"-na uyğun olaraq daxili açıqlıq; 4) Üfüqi pəncərələr; 5) Sərbəst fasad

 

8.    Naman Retreat Pure Spa - Vyetnamın Dananq şəhərində tikilmiş SPA 2018-ci ildə istifadəyə verilib. 

9.    Salk İnstitutu - Sakit okeanın sahillərində yerləşən bu binalar bilojı tədqiqatlar aparmaq üçün tikilmişdir. Layihəyə görə institut 3 hissədən ibarət olmalı idi: qonaq evi, kənd və laboratoriyalar. Yalnız sonuncu 2 hissəsini reallaşdırmaq mümkün olub. 

10.    Dağ-evi. Ev 2008-ci ildə Kopenhagenin Erestad rayonunda tikilib. Bina yaşayış evlərindən və park zonasından ibarətdir. Mənzillər yuxarı mərtəbələrdə yerləşir. Park zonasını çöldən metalik fasad qoruyur. Bu fasad Himalay dağlarını xatırladır.


Paylaş

Əvvəlkİ

Take another look to NOVRUZ

Sonrakı

Böyük Kanar adasına virtual səyahət - FOTOLAR

Подписывайся

Подписывайся на нашу рассылку