Dünya ölkələri "Boeing 737 Max" təyyarələrindən imtina edir - SƏBƏBLƏR


Artıq 20 ölkədən çox Boeing 737 Max tipli təyyarələrdən imtina edib. Belə ki bu təyyarələr 5 ay ərzində 2 dəfə qəza keçirib.

Ölkəsinə bu tip təyyarələrin girişinə qadağa qoyan dövlətlər bunlardır: Almaniya, Fransa, Britaniya, İrlandiya və s. Avropa ölkələri ilə yanaşı Çin və Hindistan da bu qanunu qəbul ediblər.  Eləcə də Sinqapur, Küveyt, Efiopiya, Avstraliya, Malaziya, İndoneziya və Oman Boeing 737 Max tip təyyarələrin istifadəsindən imtina edib. 

Amerikalı mütəxəsislər təyyarələrdə yaranan problemlərin aradan qaldırılacağına söz verir. Efiopiyada olan qəzanın səbəbləri açıqlanana qədər adı sadalanan ölkələr qadağalarını ləğv etməyəcəklərini bildirib.

Xatırladaq ki, "Ethiopian Airlines" keçən bazar qəza keçirib, 157 nəfər həlak olub. 2018-ci ilin oktyabrında isə Yavan dənizinə düşmüş təyyarə 189 nəfərin həyatına son qoyub.

Paylaş

Əvvəlkİ

AZANS və EUROCONTROL arasında saziş imzalanacaq

Sonrakı

Azərbaycan Hotel Assosiasiyasının yeni prezidenti təşkilatın üzvlərinə təqdim olunub

Подписывайся

Подписывайся на нашу рассылку