Dubayda tranzit turistlər üçün abonement buraxılıb

 

Dubayın Turizm və Kommersiya Marketinqi Departamenti (Dubai Tourism) Dubai Pass kartının uğurlu təcrübəsində istinadla tranzit turistlər üçün Dubai Stopover Pass abonementi buraxır. Bu kart turistlərə ən əlverişli şərtlərlə şəhərin bütün görməli məkanlarına və əyləncə yerlərinə getməyə şərait yaradır.

Turizmplus.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə regionun ən böyük “Arabian Travel Market 2019” (ATM) turizm sərgisində məlumat verilib. Dubai Stopover Pass abonementi Dubaydan tranzitlə keçən, yaxud qısa müddətdə Əmirliklərə gələn turistlər üçün nəzərdə tutulub. Onun köməyi ilə səyahətçilər öz puluna qənaət etməklə yanaşı, vaxtlarını da səmərəli keçirəcəklər. Yeni abonement şəhərin ən yaxşı əyləncə məkanlarına sərbəst girişi, ekskursiya və kruizlərə gedişi təmin edir. Dubayın qonaqları 36 saat ərzində iki, üç və ya dörd əsas görməli yerlərə səyahəti seçə bilərlər.

Dubayın Turizm və Kommersiya Marketinqi Departamentinin baş direktoru İssan Kazim deyib: “Bu gün səyahətçilər fərdi təkliflər və unikallıq axtarırlar, ona görə də biz tərəfdaşlarımızla birlikdə Dubayda daha qısa vaxt ərzində əylənməyə imkan verən qısamüddətli turizm proqramları üzərində işləyirik. Dubai Stopover Pass məhz bu birgə işin məhsuludur. Onun hazırlanmasında bir çox özəl şirkətlər və dövlət strukturlarının nümayəndələri iştirak ediblər”.

Yeni abonementi əvvəlcədən əldə edən turistlər giriş biletlərinə 60 faiz qənaət edə biləcəklər. Bu kartın sayəsində dünyanın ən yüksək binası Bürc-Xəlifənin ü