Dubay Miqrasiya Xidməti uşaqlar üçün vizanı pulsuz etdi - YENİ QANUN

 

Dubay Miqrasiya Xidməti yeni qərar qəbul edib.

Turizmplus.az xəbər verir ki, yeni qaydalara əsasən iyulun 15-dən sentyabrın 15-dək Dubaya valideyinləri ilə birgə səyahət edən 18 yaşdan aşağı uşaqlara viza ödənişsizdir. Pulsuz viza almağın bəzi şərtləri mövcuddur:

- 18 yaşından kiçik uşaqlar turist vizası ilə BƏƏ-yə gələn valideynlərindən ən azı biri ilə olmalıdır

- Valideyin mütləq qaydada öz vizasını almalı, soyadlar başqadırsa doğum haqqında şəhadətnamənin tərcümə və təsdiqini təqdim etməlidir

- Qayda bütün dünya vətəndaşlarına aiddir

- Bu sənəd vizasız rejim və ya hava limanında viza almaq mənası daşımır

- Xarici pasportun bitmə tarixinə mütləq 6 aydan çox qalmalıdır

- Sərnişinlərin aktiv və təsdiq olunmuş gediş-dönüş aviabiletləri göstərilməlidir

Paylaş

Əvvəlkİ

Gənclər Şahdağ Turizm Mərkəzində fləşmob keçirib - VİDEO

Sonrakı

“Routes Silk Road Networking - 2019” forumu sona çatıb

Abunə olun

Xəbərlərimizə abunə olun