Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

 

Mayın 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

Turizmplus.az Azərtac-a istinadən xəbər verir ki, “Flydubai” aviaşirkətinin yerli vaxtla saat 11:00-da “FZ 709” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Flydubai” aviaşirkətinin yerli vaxtla saat 12:10-da Bakıdan Dubaya olan “FZ 710” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Paylaş