Dövlət Turizm Agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıb - AÇIQLAMA

 

Dövlət Turizm Agentliyinin sədri və bir qrup əməkdaşı Şəkiyə yollanıblar.

Bunu Axar.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır:

"Hadisə nəticəsində təxminən 18 nəfərin yaralandığı barədə məlumat var. Say dəqiqləşdirilir. Ölənlər barədə isə heç bir dəqiq informasiyamız yoxdur. İctimaiyyətə geniş açıqlama veriləcək”.

Qeyd edək ki, ilkin olaraq xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. 17 nəfərdən bəzilərinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. Paytaxtdan yüksək ixtisaslı mütəxəsislər Şəkiyə çağırılıb.

Paylaş

Əvvəlkİ

В Дубае изменились правила продажи алкоголя иностранным туристам

Sonrakı

Agentlikdən Şəkidə baş verən hadisə ilə bağlı ilkin AÇIQLAMA

Abunə olun

Xəbərlərimizə abunə olun