Dövlət Turizm Agentliyi regionlardakı turizm obyektlərinin işçilərinə təlimlər keçəcək

 

Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək.

Turizmplus.az xəbər verir ki, dekabr ayında başlanması planlaşdırılan təlimlərin əsas məqsədi bu turizm obyektlərində çalışan kadrların bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaqdır.

Layihə “Mehmanxana biznesinin idarə olunması və personalın xidmət keyfiyyətinin artırılması”, “Restoran biznesinin idarəolunması və personalın xidmət keyfiyyətinin artırılması”, ““Şərab marşrutu” üzrə yerləşən şərab istehsalı və satışı müəsissələrinin turizm nümayiş obyektlərinə çevrilməsi” modulları üzrə həyata keçiriləcək.

İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib və onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib.

Növbəti mərhələdə isə tələbat duyulan sahələr üzrə təlimlərə start veriləcək.

Qeyd edək ki, layihə regional turizmin inkişafına, turistlərin məmnuniyyət səviyyəsinin yüksəlməsinə, eyni zamanda paytaxtdan rayonlara turist axınının çoxalmasına yardımçı olacaq.

Paylaş

Əvvəlkİ

Лучшие термы Европы: как объехать все их за 11 дней?

Sonrakı

"Flynas" Hava Yolları Bakıya il boyu uçuşlar həyata keçirəcək

Abunə olun

Xəbərlərimizə abunə olun