Dövlət Turizm Agentliyi növbəti tədbirdə Azərbaycanı təmsil edib - FOTOLAR

 

Dövlət Turizm Agentliyi Türkmənistanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub.

Turizmplus.az xəbər verir ki, 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilib.

Forum çərçivəsində “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub.

Sərgi zamanı Azərbaycan milli pavilyonunda digər dövlət qurumları ilə yanaşı, Dövlət Turizm Agentliyi də iştirak edib və ziyarətçilərə Azərbaycanın turizm potensialı təbliğ olunub.

Sərginin açılış mərasimindən sonra Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiyanın Baş naziri Dmitri Medvedev, Qazaxıstanın Baş naziri Əsgər Mamin və İranın birinci vitse-prezidenti İshaq Cahangirinin daxil olduğu yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana məxsus stendi ziyarət ediblər.

Qeyd edək ki, forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.

Paylaş

Əvvəlkİ

"Buta Airways" qış mövsümü aviabiletlərinin satışına başladı

Sonrakı

Nağıllar dünyası Şri-Lankaya İNFO-TUR

Abunə olun

Xəbərlərimizə abunə olun