#DostXonçası Şəkidə - MARAQLI KAMPANİYADAN FOTOLAR


Dövlət Turizm Agentliyi #DostXonçası adlı kampaniyaya qoşulub. 

Turizmplus.az xəbər verir ki, kampaniyanın məqsədi tənha və yaşlı insanları ziyarət edib onlarla bayramlaşmaqdır. Beləliklə, Agentliyin tabeliyində olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki Turizm informasiya mərkəzinin əməkdaşları Xatirə Bədəlovanı ziyarət edib. Xatirə xanım Şəkinin Gəncəli məhəlləsində yaşayır və artıq 2 ildir ki bayramı tək qeyd edir. O 15 il Şəkidə yerləşən ipək fabrikində kəlağayı toxuyucusu kimi çalışıb. 

Qeyd edək ki, kampaniya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılıb. Belə ki, Nazirlik kampaniyanın davamlı olması üçün Facebook səhfəsində dövlət qurumlarını işarələyərək estafetin onlarda olduğunu bildirib. Hazırda isə estafet Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və AZAL-a ötürülüb 


Paylaş

Əvvəlkİ

В Африке впервые выбрали культурную столицу

Sonrakı

В Канаде построили огромный снежный лабиринт

Подписывайся

Подписывайся на нашу рассылку