Dörd tanınmış spiker maraqlı mövzular ətrafında danışacaq - Horeca Forum Azərbaycan 2019

 

Dekabrın 22-də Bakı Gənclər Mərkəzində "Baku Business Management Center"in təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin dəstəyi, "Bakumart" şirkətinin baş sponsorluğu, Turizmplus.az Turizm İnformasiya Portalının media dəstəyi ilə "Horeca Forum Azərbaycan 2019" tədbiri baş tutacaq.

Turizmplus.az xəbər verir ki, moderatorluğunu Phd Sakit Səmədovun edəcəyi tədbirdə  SKAL-ın Bakı prezidenti Ceyhun Aşurov "Otel və Mehmanxalarda kadr problemi", "Yeni imkanlar və Müasir trendlər", Bakı Tekstil Fabrikinin İcraçı direktoru Elçin Babayev "Turizmdə tekstilin rolu", "AREGALA-Eurasia and Central Asia" Vitse-prezidenti Mübariz Vəliyev  "Kulinariyada kadr hazırlığı və karyera yüksəlişi", Kolorit şirkətinin həmtəsisçisi Elfaq Əliyev "Yerli brend yaratmağın çətin tərfləri", "Markalaşma,standartlaşma,sistemləşmə" adlı mövzularda çıxış edəcəklər.

Qeyd edək ki, tədbirə qeydiyyat 10:00-dan başlayacaq və tədbir 15:00-da sona çatacaq. Giriş üçün standart biletlər 20 AZN, tələbə biletləri isə 15 AZN təşkil edir. Tədbir iştirakçılarına xüsusi sertifikatlar da təqdim olunacaq.



 

Paylaş