Doha-Bakı-Doha aviareysi ləğv olunub


Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib. 

Belə ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 21:10-da “QR 353” saylı Dohadan Bakıya uçuşu ləğv olunub. Dünən Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 22:10-da Bakıdan Dohaya olan “QR 354” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Круизный лайнер NCL попал в сильный шторм

Sonrakı

Azərbaycan beynəlxalq turizm ictimaiyyətinə 2 yeni turizm məhsulunu təqdim etdi

Подписывайся

Подписывайся на нашу рассылку