DİQQƏT: Türk Hava Yolları martdan Sabiha Gökçen hava limanına uçmayacaq

 

Türk Hava Yolları tərəfindən TK340 və TK341 uçuş nömrələri ilə icra edilən Bakı-İstanbul Sabiha Gökçen Havalimanı-Bakı uçuşları AnadoluJet hava yolları tərəfindən yerinə yetiriləcək.

Turizmplus.az xəbər verir ki, dəyişiklik 29 Mart 2020 tarixindən etibarən baş tutacaq.

Qeyd edək ki, bu dəyişiklik sadəcə Bakı uçuşlarına aid olmayıb, Sabiha Gökcen hava limanından TK kod ilə Türk Hava Yolları tərəfindən icra edilən bütün uçuşlara şamil olunacaqdır.