Diqqət: Nur-Sultan hava limanında uçuşlar ləğv edildi

 

Əlverişsiz hava şəraiti ilə əlaqədar Nur-Sultan hava limanında uçuşlar ləğv edilib.

Turizmplus.az xəbər verir ki, 14 uçuş təxirə salınıb, 11 uçuş ləğv olunub. Təxirə salınan uçuşlardan 4-ü beynəlxalq istiqamətlərə - Urumçi, Daşkənd və Novosibirskə uçuşlardır.

Qazaxıstanda əlverişsiz hava şəraitinin davam etməsi ilə bağlı bir neçə gün ərzində də Nur-Sultan aeroportunda planlaşdırılan təyyarə reyslərinin ləğvi və təxirə salınması gözlənilir.

Paylaş