Diqqət: Növbəti aviaşirkət Bakıdan Çinə olan uçuşları dayandırdı

 

"China Southern Airlines" aviaşirkəti Bakıdan uçuşları dayandırıb.

Turizmplus.az xəbər veri ki, Quanjou-Bakı-Quanjou birbaşa reyslər aprel ayının 1-ə dək ləğv edilib. Buna səbəb koronavirusdur. Reyslərin isə nə vaxt bərpa olunacağı məlum deyil.

Qeyd edək ki, "China Southern Airlines" Bakıdan Quançjouya hər həftənin II və VII günləri yerinə yetirirdi.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

Paylaş

Əvvəlkİ

Azərbaycan EMİTT 2020 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində

Sonrakı

В «Домодедово» экстренно сел самолет из-за угрозы взрыва