Diqqət: Kapitanınız Rəhim Qədirov yazır... - UÇUŞA HAZIRIQ

 

Yaxın günlərdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daha bir nəhəng, eyni zamanda çox gözəl xarici görünüşə malik təyyarəni - Etihad Airways aviaşirkətinə məxsus Boeing 787-9 "Dreamliner" təyyarəsini qonaq etdi.

Əvvəlcə ondan başlayım ki, bu dəfə EY-298 saylı uçuşla Bakı - Abu-Dabi reysini yerinə yetirən təyyarənin digərindən (29 noyabr. EY-297 saylı uçuşla Abu-Dabi - Bakı) fərqi liveriyasında (təyyarənin gövdəsində olan xüsusi dizayn) idi. "Choose İtaly" liveriyalı təyyarə günorta radələrində hava limanına endi və dərhal geri uçuş üçün hazırlıqlara başlandı. Bu arada biz də təyyarənin fotolarını çəkməyə və bu gözəllik haqqında maraqlı məlumatlar öyrənməyə başladıq.

DSC08827-JPG

DSC08905-JPG

Təyyarənin personalı bizi gülərüz qarşıladı, hətta kokpitdə (pilot kabinası) çəkilişə də icazə verdilər. Onu nəzərinizə çatdırım ki, təyyarə iki siniflidir - biznes və ekonom. Biznes sinifin sərnişin tutumu 28, ekonom sinifin sərnişin tutumu isə 299 nəfərdir (271 ağıllı oturacaq).

DSC08998-JPG

Whats-App-Image-2019-12-09-at-14-51-54

Biznes sinifdə hər sərnişin üçün xüsusi studio ayrılı