Diqqət: Fuad Nağıyev yayılan mənfi məlumatlarla bağlı turizm ictimaiyyətinə müraciət etdi - TAM MƏTN

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm ictiamiyyətinə müraciət ünvanlayıb. Turizmplus.az saytı müraciətin tam mətnini oxucularına təqdim edir:

"Hörmətli turizmçilər, turizm sahəsinin təmsilçiləri,

Bildiyiniz kimi, ölkəmiz bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək.

Məlumdur ki, bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir.
İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq.

Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq.

Artıq çoxsaylı azarkeşlər oyunları izləmək üçün uçuş biletləri və qalma yerləri daxil olmaqla Azərbaycana səfərlərini planlaşdırırlar.

Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər və digər qalma yerləri kifayət saydadır və yarış ərəfəsində xarici qonaqların rahatlığını təmin etmək qabiliyyətindədir.

Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı, xarici qonaqlar bilərəkdən əsassız məlumatlarla Azərbaycana səfər etməkdən çəkindirilməyə çalışıldı.

Həmçinin bəzi hotel, hostel və digər yerləşmə və qalma yerləri tərəfindən süni qiymət artımı, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləğv edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılması və bu kimi xoşagəlməz halların şahidi olduq.

Vurğulamalıyıq ki, bütün bunlar ölkəmiz və insanlarımız haqqında yanlış təsəvvürlər formalaşdıraraq Azərbaycan haqqında mənfi rəylərin yaranmasına səbəb ola, eləcə də turizmin in