Diqqət ! Bakıdan İstanbula uçan təyyarə məcburi geri dönüb - SƏBƏB

 

"Buta Airways"in Bakı-İstanbul marşrutu üzrə J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı təyyarəni aeroporta geri qayıtarmalı olub.

Turizmplus.az aviaşirkətə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin halının qəfil pisləşməsi olub. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Qeyd edək ki, göyərtədə 104 sərnişin olub. Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Paylaş