Dəmir yolu ilə 2 milyona yaxın sərnişin daşınıb - STATİSTİKA

 

Cari ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 1,9 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 26 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.