Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür

 

Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Turizmplus.az xəbər verir ki, Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar gələn həftənin bazar ertəsi - dekabrın 23-ü qeyri-iş günüdür.

Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Paylaş