Dekabrdan etibarən İran vətəndaşları üçün viza ləğv olunur - TƏSDİQLƏNDİ

 

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

Turizmplus.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir.

Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib.

Paylaş