Daşkənddə turizm sərgi-konfransında Azərbaycan da iştirak edib

 

Daşkənddə “B2B” formatında keçirilən “Tashkent travel mart” sərgi-konfransında Azərbaycan da təmsil olunub.

Sərgi-konfransda Azərbaycanla yanaşı, Özbəkistan, Gürcüstan, İspaniya, İsveçrə, İtaliya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və digər ölkələrin turizm şirkətləri iştirak edib.

Tədbirdə ölkəmizi “Ubm Group” turizm şirkətinin nümayəndəsi Tamar Akhalbedaşvili təmsil edib.

Sərgi-konfransda iştirakçı turizm firmaları öz xidmətləri haqqında məlumat verib, digər ölkələrin turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq haqqında müzakirələr aparıb, sənədlər imzalanıb.

Xarici turizm şirkətlərinin Azərbaycanın turizm sənayesinə böyük maraq göstərdiyini bildirən Tamar Akhalbedaşvili bu şirkətlərlə əməkdaşlığın öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Туристов предупреждают об изменениях в расписании авиарейсов - Испания

Sonrakı

Son 10 ildə Azərbaycanda olmayanlar indi onu görsələr tanımazlar

Подписывайся

Подписывайся на нашу рассылку