"Dağların başı - Xinalig edition" - MARAQLI LAYİHƏ

 

Dövlət Turizm Agentliyi və  VarYox platformasının ortaq layihəsi ilə Xınalıqda Art Rezidensiya layihəsi baş tutacaq.

Turizmplus.az xəbər verir ki, VarYox platforması 16 avqust – 8 sentyabr 2019-cu il tarixlərində, Dövlət Turizm Agentliyi ilə birgə Xınalıqda Art Rezidensiya layihəsi həyata keçirəcək. Layihənin məqsədi yaradıcı incəsənət adamlarının iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaqdır.

Layihə zamanı rəssamlar; Faiq  Əhməd, Vüsal Rəhim və memarlar; Rəcəb Əliyev, Nərgiz İbrahimova 3 həftə ərzində Xınalıqda məskunlaşaraq yerli əhali ilə birbaşa ünsiyyətə olacaqlar. Hazırda Xınalıqda yaşayan insanların əsas məşğuliyyəti və gəlir mənbəyi toxuculuq və maldarlıq, son illərdə isə turizmdir. Layihənin əsas məqsədi Xınalığın təbii və mədəni resurslarından istifadə edərək, bu kimi məşğuliyyət sahələrinə yaradıcı yanaşma tətbiq etmək və müxtəlif yeni fəaliyyət növlərinin və məhsulların yaradılmasını həyata keçirməkdir. Layihə zamanı həmçinin yerli əhalinin xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi ilə bağlı təlimlər aparılması və ingilis dili kursunun təşkili planlaşdırılır.

Layihənin son 3 günündə isə yerli və xarici musiqiçilərin iştirakı ilə “CAUCASUS ALL FREQUENCY” adlı musiqi festivalı baş tutacaq. Azərbaycan, Gürcüstan, Macarıstan və Xorvatiyadan olan musiqiçilər festivalda öz musiqilərini ifa edəcək və müxtəlif master-klasslar keçəcək. Eyni zamanda layihə zamanı yaradılan məhsulların satışı məqsədilə yarmarka, yoqa və meditasiya vörkşopları (Highflyoga – Anna Sola Basee, Gafar Ganizadeh), performanslar və Salaam Cinema-nın təşkilatçılığı ilə açıq havada kino nümayişi təşkil olunacaq.

Qeyd edək ki, giriş sərbəstdir.

Paylaş

Əvvəlkİ

"Qatar Airways" endirim kampaniyasına start verdi - QİYMƏTLƏR

Sonrakı

"Şirkətlərin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır" - NAHİD BAĞIROV

Abunə olun

Xəbərlərimizə abunə olun