Çinli turizm şirkətlərinin Azərbaycan turoperatorları ilə görüşü təşkil olunub

 

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çin Xalq Respublikasından olan aparıcı turizm şirkətlərinin yerli turoperatorlarla tanışlıq görüşü baş tutub.

Turizmplus.az xəbər verir ki, görüşün əsas məqsədi iki ölkənin turizm nümayəndələrini bir araya gətirərək qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və gələcək əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsinə şərait yaratmaqdır.

B2B formatlı tanışlıq görüşündə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib.

Çinli turoperatorlarla tərəfdaşlıq məqsədilə ikitərəfli əlaqələr, əməkdaşlıq imkanları müzakirə olunub, onlara Azərbaycan və onun turizm imkanları barədə geniş məlumat verilib.

Paylaş

Əvvəlkİ

"Etihad Airways" İsgəndəriyyə şəhərinə uçuşlara başlayır - TARİXLƏR

Sonrakı

Любители адреналина не успели убежать от быков - ФОТО

Подписывайся

Подписывайся на нашу рассылку