Çindən Azərbaycana turist axını olacaq - MEMORANDUM İMZALANDI


Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb. İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak edib.

Fuad Nağıyevin sözlərinə görə sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir.

“Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

“Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlarda