Çində yeni il qeyd olunur


Çində il hesablamarı bizim alışdığımız milad təqvimi ilə deyil ay təqvimi ilə aparılır. Yəni, yeni ilin gəlişi müxtəlif tarixlərə təsədüf edir.Buna görə bugün (milad təqvimi ilə 5 fevral) Çində yeni il şənliyi qeyd olunur. Bu bayram həmdə Yaz Festivalı adlanır. 



Çin təqviminə əsasən 2019-cı il - donuz ilidir. Donuz xoş güzaran və var-dövlət rəmzi hesab olunur. Lakin çox az adam bilir ki, donuz ili 1 yanvardan deyil məhz 5 fevraldan gəlmiş sayılır.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə, bayram süfrəsində boş yer olmamalıdır. Çinlilərin sadiq qaldığı bir neçə adət var. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir. Festival günlərində müxtəlif mərasimlər, şənliklər təşkil olunur.



Çin inanclarına görə yeni ilin ilik 3 günü evləri yığışdırmaq və baş yumaq olmaz. Hesab olunur ki, bu bütün uğuru yuyub apara bilər; evdə uşağın ağlaması uğursuzluq gətirə bilər, buna görə uşaqları bayram günləri sakitləşdirməyə çalışırlar; borca pul və kredit götürmək olmaz və təbiiki qırmızı alt parltarı...Çinlilər inanır ki, qırmızı rəng uğursuzluqlardan və bədbəxtçilikdən qoruyur. 


Paylaş

Əvvəlkİ

AZAL yeni reys açır - 2 APRELDƏN

Sonrakı

"Ağ bığlılar" tamaşası - AFİŞA

Подписывайся

Подписывайся на нашу рассылку