Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilib - VİDEO + FOTO

 

“Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərxan Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları”nın nümayəndə heyəti Cenevrədə CANSO-nun (Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı)  Ümumdünya Aeronaviqasiya Sammitində və 23-cü illik toplantısında iştirak edib.

Turizmplus.az xəbər verir ki, CANSO-nun Qlobal Sammitində aviasiya sənayesinin dünyanın müxtəlif ölkələrindən 300-dən çox rəhbəri,  həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Hava Limanlarının Beynəlxalq Şurası (ACI), Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatı (CANSO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və ABŞ-ın Federal Aviasiya Administrasiyası  (FAA) kimi beynəlxalq təşkilatların liderləri iştirak ediblər.

Tədbiri Cenevrə Respublikası və Kantonunun Dövlət Şurasının vitse-prezidenti Serj Dal Busko (Serge Dal Busco) açıb. Proqram çərçivəsində “Aviasiyada düşünülmüş liderlik” mövzusu üzrə əsas məruzəçilər Beynəlxalq Hava Nəqliyyati Assosiasiyasının (İATA) Baş Direktoru Aleksandr de Jyunyak (Alexandre de Juniac) və  Hava Limanlarının Beynəlxalq Şurası (ACI) Baş Direktoru Angela Qittens (Angela Gittens) çıxış ediblər. Daha sonra İATA-ya üzv aviaşirkətlərin, ACI-ya üzv aeroportların və CANSO aeronaviqasiya təminatı provayderlərinin qrup müzakirələri keçirilib.

AZAL tərəfindən Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətləri barədə videoç