Səyahət və risklər xəritəsi yayımlanıb — AZƏRBAYCAN BU KATEQORİYADADIR

Seyahat Risk

«A3M» beynəlxalq monitorinq şirkəti turistlərin səyahətləri üzrə “2024 Risk Xəritəsi” yayımlayıb.

Turizmplus.az xəbər verir ki, “çox yüksək risk”, “yüksək risk”, “artan risk”, “kiçik risk” və “çox aşağı riskli ölkələr” olmaqla beş fərqli kateqoriya üzrə yaradılan risk xəritəsində Azərbaycan “artan risk” ölkələri arasında göstərilib. Bu kateqoriyada Türkiyə də daxil olmaqla, Orta Asiya ölkələri, Çin, Hindistan, Tunis və Misirin bir hissəsi, Gürcüstan, Ermənistan və Braziliya kimi bir çox ölkələr daxil edilib.

Azərbaycanın yerləşdiyi kateqoriyaya aid ölkələr üçün qeyd edilib ki, “Səyahətçilər artan risklərlə üzləşirlər, lakin ölkəyə/regiona səyahət edərkən əlavə tədbir görməyə ehtiyac yoxdur. Geniş yayılmış zorakı cinayətlər səbəbindən təhlükəsizlik vəziyyəti gərgin ola bilər və/və ya əhəmiyyətli sağlamlıq riskləri, təbii təhlükələr və ya digər xüsusi risklər ola bilər. Uzunmüddətli, şiddətli etirazlar mümkündür. «Səyahətçilər daha çox diqqətli olmalı və təyinatla bağlı risklər və tövsiyələr haqqında öyrənmək üçün yola düşməzdən əvvəl ölkə məlumat bazasına (vəziyyət hesabatları və təlimatlar təqdim edən) müraciət etməlidirlər.»

Rusiya Federasiyası, Koreya Xalq Demokratik Respublikası, Əlcəzair, Pakistan, Venesuela, Kolumbiya və Misirin bəzi hissələri, Ukrayna,  İran, İraq, Suriya, İsrail, Liviya və Venesuelanın bəzi hissələri yüksək riskli ölkələr olaraq göstərilib.

Avropa ölkələrinin əksəriyyəti, o cümlədən ABŞ, Yaponiya, Kuba və Cənubi Koreya siyahıda təhlükəsizdir; Finlandiya, Norveç, Kanada, İslandiya və İsveçrə “çox təhlükəsiz ölkələr” kimi göstərilib.

Maraqlıdır ki, “riskli” və ya “artan risk” kimi göstərilən ölkələr ABŞ və Avropa İttifaqı ölkələrinin birbaşa və ya dolayısı ilə gərginlik yaşadığı ölkələrdir.

Menecerlər