Çarpayı əvəzinə matrasdan düzədilmiş "yataq" - TANINMIŞ OTELDƏ

 

Turizmplus.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə oteldə xoşagəlməz mənzərə ilə qaşılaşan Fuad Məmmədov adlı Bakı sakini məlumat verib. Onun sözlərinə görə, onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:

"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".

Məsələ ilə bağlı otel rəhbərliyinin mövqeyini öyrənmək mümkün olmadı. 

Paylaş

Əvvəlkİ

Növbəti hədəf Cənubi Koreya turistləridir - FOTOLAR

Sonrakı

Нотр-Дама обнаружили свинцовую пыль

Abunə olun

Xəbərlərimizə abunə olun