Bütün hava limanlarında siqaret qadağası - CƏRİMƏLƏR


Taylandın bütün hava limanlarında siqaret çəkmək qadağan olunub. Qanunu pozanları isə 5000 bat (271 AZN) miqdarında cərimə gözləyir. 

Turizmplus.az Thailand News-a istinadən xəbər verir ki, Aeroportlarda siqaret çəkmək üçün nəzərdə tutulan otaqların bağlanması səbəbindən terminaldan kənar xüsusi məkanlar açılacaq. Burada insanlar öz siqaret ehtiyaclarını ödəyə biləcəklər.

Qeyd edəki ki, 2018-ci ilin noyabr ayından Taylanda kafe və restoranlarda, otellərdə, salonlarda və s. kimi yerlərdə siqaret çəkmək qadağan olunub. Keçən ilin fevral ayından isə bu qanun ölkənin 24 çimərliyində də keçərlidir. Bu hallarda 100 000 bata (5411 AZN) qədər cərimələr təyin edilib. 

Paylaş

Əvvəlkİ

Turizm sahəsində ixtisaslaşan tələbələr bir araya gəlir - Tourism Students Meetup

Sonrakı

"Cənub adət-ənənələri" mövzusunda ustad dərsi - AFİŞA

Подписывайся

Подписывайся на нашу рассылку