"Buta Airways"in təyyarəsi Batumi Hava Limanına eniş edə bilməyib - SƏBƏB

 

"Buta Airways"in səhər 07:46-da Bakıdan yola düşən təyyarəsi Batumi Hava Limanında eniş edə bilməyib.

Turizmplus.az xəbər verir ki, hadisə qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yaşanıb. Beləliklə, J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Reys Bakı vaxtı ilə saat 10:12 -da Heydər Əliyev Aeroportunda uğurlu eniş edib.

Qeyd edək ki, Batumidə yağışlı hava şəraiti və güclü külək hökm sürür.

Paylaş

Əvvəlkİ

İki Assosiasiya bir arada işgüzar görüş keçirib - FOTOLAR

Sonrakı

Через 80 лет этот город затопят растаявшие льды Арктики

Abunə olun

Xəbərlərimizə abunə olun