"Buta Airways" yeni istiqamətə uçacaq - MƏLUMAT

 

Azərbaycanın milli lou-kosteri "Buta Airways" Lvova uçuşlar həyata keçirəcək.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə uçuşlar dekabrın 23-dən başlayacaq və həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Aviabiletlərin minimal tarifi 29 avro (bir tərəfə) təşkil edəcək.

Xatırladaq ki, Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.