"Buta Airways" yanvardan etibarən “Julyanı” aeroportuna uçmayacaq - MƏLUMAT

 

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” 2020-ci il yanvarın 22-dən etibarən Kiyev istiqamətindəki reyslərini “Borispol” beynəlxalq hava limanına yerinə yetirəcək (IATA: KBP). 

Şirkətdən Turizmplus.az-a verilən məlumata görə, 27 martadək qüvvədə olan 2019/2020-ci il qış uçuş cədvəli çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə −  çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir. 2020-ci ilin yay uçuş cədvəli çərçivəsində də reyslərin eyni qrafikə əsasən davam etdirilməsi planlaşdırılır.

“Borispol” beynəlxalq aeroportu Ukraynanın ən böyük hava limanıdır və Kiyevdən 29 km cənub-şərqdə yerləşir. Ukrayna və xarici daşıyıcıların böyük hissəsi reysləri “Borispol” aeroportuna həyata keçirir, bu da öz növbəsində “Buta Airways”in sərnişinlərinə daha rahat birləşmələr planlaşd