"Buta Airways" şirkətinin təyyarəsi Ankaraya məcburi eniş edib


"Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş edib.

Buna səbəb İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman olub. Təyyarə Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək.

Paylaş