Bulvarda "Organic Food Festival 2019" baş tutacaq - TARİXLƏR

 

Azərbaycanda ilk dəfə "Organic Food Festival 2019"  təşkil olunacaq.

Turizmplus.az xəbər verir ki, iyunun 21-23 tarixlərində həyata keçiriləcək festival hər il ənənəvi olaraq yay mövsümünün başlanması münasibəti ilə Dənizkənarı Milli Parkda baş tutacaq.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində təsis olunan Dövlət Aqrar Ticarət şirkəti, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB) və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi dövlətimizin yürütdüyü uğurlu iqtisadi siyasətin davamı olaraq Made in Azerbaijan-ın təşviqində iştirak etmək, həmçinin ölkəmizdə satışı həyata keçirilən insan sağlamlığına zərəri olmayan ekoloji sağlam qida və içkilərin mövcud və potensial müştərilər ilə birbaşa ünsiyyət quracağı əyləncəli açıq hava festivalının təşkilidir.

Festivalda həmçinin qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş etdiriləcək. Organic Food Festival 2019 layihəsi sektora aid mövcud əlaqələrin gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması üçün də yeni uğurlu platforma olacaqdır.

Paylaş

Əvvəlkİ

Еврокомиссия отправит 20 тыс. молодых туристов в бесплатное путешествиe

Sonrakı

“Buta Airways”lə Kiyevə uçanların DİQQƏTİNƏ

Подписывайся

Подписывайся на нашу рассылку