Bugün Azərbaycanda Milli mətbuat və Jurnalistika günü qeyd olunur

 

Azərbaycanda 22 iyul Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir.

Bu günün tarixi Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi və "Əkinçi" qəzetinin adı ilə bağlıdır.  Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Turizmplus.az Turizm Xəbərlər Portalının komandası adından biz də həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq. Qələminiz iti olsun.

Paylaş

Əvvəlkİ

Землетрясение в Афинах напугало туристов

Sonrakı

Топ-10 новых курортов Греции

Abunə olun

Xəbərlərimizə abunə olun