Bu yerli turizm şirkətindən ehtiyatlı olun, aldadıla bilərsiniz - MƏLUMAT

 

Yaxın günlərdə sosial şəbəkələrdə insanlara saxta otel və ümumilikdə tur sənədləri təqdim etməklə onları aldadan "Dəniz travel" barədə məlumatlar yayılıb.

Turizmplus.az xəbər verir ki, yayılan məsələni araşdırmaq üçün şirkətin rəhbəri Azadə xanımla əlaqə saxlamaq istəsək də, onun telefonuna zəng çatmayıb. Bizə verilən məlumatlara görə Azadə xanım hazırda xəstəxanadadır.

Daha sonra Azərbaycan Turizm Assosiasiyasinin icraçı direktoru Əhməd Qurbanovla əlaqə saxladıq. Əhməd bəy bu haqda təşkilata şikayət daxil olduğunu və Assosiasiyanın üzvlərinin məsələ haqqında məlumatlandırıldığını bildirdi.

Qeyd edək ki, "Summer tour" turoperatoru fevral ayından etibarən "Dəniz travel" şirkətinə sistemə giriş qadağası qoyub. Bu haqda Turizmplus.az-a Ayxan Allazlı məlumat verib. Onun sözlərinə görə onlar bu şirkətin saxtakarlıq etmə təhlükəsini əvvəldən seziblər. 

Azərbaycan Turizm Şirkətləri Assosiasiyasi ilə də əlaqə saxladıq. Təşkilatın mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov bu haqda heç bir şikayətin daxil olmadığını, məsələ haqqında məlumatsız olduqlarını bildirib. Onun sözlərinə görə hələ nəzarət mexanizmi yoxdur və bu mexanizmin hazırlanması üçün işlər görülür.

QEYD: Belə vəziyyətlə qarşılaşdığınız halda redaksiyamıza e-mail yaza (info@turizmplus.az) və zəng edə bilərsiniz (+99450 2123696). 

Paylaş

Əvvəlkİ

"Etihad Airways" Həcc mövsümündə uçuşların sayını artıracaq

Sonrakı

Итальянские чиновники против Макдональдс

Abunə olun

Xəbərlərimizə abunə olun